Finlandiya Polşa və Niderlandla birgə kəşfiyyat peyklərindən istifadə edəcək
Dünya
18.12.2025 18:30
Finlandiya Müdafiə Nazirliyi Polşa və Niderlandla birlikdə SAR (sintetik aperturalı radar) kəşfiyyat peyklərindən istifadə etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə müdafiə naziri Antti Hakkanen bildirib.
Finlandiya müttəfiqləri ilə kosmik imkanların inkişafı istiqamətində daha konkret addımlar atır. Onun sözlərinə görə, ölkənin öz peykləri və yüksək texnoloji təcrübəsi bu sahədə uzunmüddətli əməkdaşlıq üçün möhkəm əsas yaradır.
Xatırladaq ki, 2025-ci ildə Finlandiya Silahlı Qüvvələrinə "Iceye Oy" şirkətindən SAR peyklərinin alınmasına icazə verilib.
Müdafiə Nazirliyi qeyd edib ki, Finlandiya əldə etdiyi peyklərdən istifadə üzrə beynəlxalq əməkdaşlığın qurulmasına sadiqdir. Bu məqsədlə Polşa və Niderlandla müşahidə peyklərinin birgə istifadəsini nəzərdə tutan niyyət məktubunun imzalanması planlaşdırılır.
Nazirliyin açıqlamasında bildirilir ki, əməkdaşlığın məqsədi peyklərdən istifadənin inkişaf etdirilməsi və tərəfdaş ölkələrin müşahidə və kəşfiyyat imkanlarının artırılmasıdır.
Türkan İsgəndərli
tag: Finlandiya,Müdafiə,Polşa,Niderland,Todaypress.tv,
