Finlandiya ABŞ-dən raketlər alacaq
Finlandiya Müdafiə Nazirliyi ABŞ-dən F-35 döyüş təyyarələri üçün AMRAAM orta mənzilli hava-hava raketləri alacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, müqavilə müdafiə naziri Antti Hakkanen tərəfindən təsdiqlənib.
Rəsmi məlumatda raketlərin F-35A çoxməqsədli qırıcıları ilə tam uyğun olacağı bildirilib.
Bundan əvvəl, Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı proqramı çərçivəsində Kiyev üçün ABŞ-dən silah alınması məqsədilə 100 milyon avro borc götürəcəyini açıqlamışdı.
Türkan İsgəndərli