Filippində güclü zəlzələ: Sunami xəbərdarlığı

Filippində güclü zəlzələ: Sunami xəbərdarlığı
08.06.2026 08:56 Dünya

Filippinin cənubunda 7,8 bal gücündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

Güclü yeraltı təkanlar nəticəsində azı üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

Məlumata görə, zəlzələ zamanı General Santos şəhərində bəzi binalar çöküb. Mindanao adası üzrə ümumilikdə 37 tikiliyə, o cümlədən məktəblərə, xəstəxanalara və yaşayış binalarına ziyan dəyib.

Hadisədən sonra polis qüvvələri zərərçəkmiş ərazilərə cəlb olunub, axtarış-xilasetmə və ziyanın qiymətləndirilməsi işləri davam etdirilir.

Filippin Prezidenti Ferdinand Marcos Jr. zəlzələdən təsirlənən bölgələrdə dərslərin dayandırılması barədə göstəriş verib. Hökumət qurumlarına fəlakətin nəticələrinin aradan qaldırılması, humanitar yardımın çatdırılması və təxliyə mərkəzlərinin fəaliyyətinin təmin edilməsi tapşırılıb.

Bundan əlavə, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər