Filippin müdafiə nazirinin Honkonq və Makaoya girişi qadağan edildi – Çindən rəsmi qərar

Filippin müdafiə nazirinin Honkonq və Makaoya girişi qadağan edildi – Çindən rəsmi qərar
11.06.2026 20:30 Dünya

Çin Filippinin müdafiə naziri Gilberto Teodoro, o cümlədən onun birinci dərəcəli ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib və onu Çinin maraqlarına, habelə ikitərəfli münasibətlərə zərər vuran bəyanatlar səsləndirməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Bildirilib ki, Teodoro Pekinin qanuni maraqlarına xələl gətirərək Çin barəsində dəfələrlə "məsuliyyətsiz bəyanatlar" verib.

Sanksiyalara əsasən, Teodoro, onun həyat yoldaşı və övladının Çin materikinə, Honkonq və Makao xüsusi inzibati rayonlarına girişi qadağan edilir. Nazirliyin məlumatına görə, Çin təşkilatları və fiziki şəxslərinin də onlarla hər hansı əməliyyat aparması, əməkdaşlıq etməsi və ya digər fəaliyyətlərlə məşğul olması qadağandır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər