Əfqanıstan vətəndaşlarına xaricdə döyüşməyi qadağan etdi
Əfqanıstan öz vətəndaşlarının xaricdə döyüş əməliyyatlarında iştirak etməsini qadağan edib. Qanunu pozanlara qarşı cəzalar tətbiq olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Qadağa dini xarakterlidir və həmçinin ölkə ərazisinin digər dövlətlərə qarşı istifadə edilməsini də qadağan edir. Sənəddə vətəndaşların ölkəni xarici təhlükələrdən qoruma vəzifəsi vurğulanır.
Sənədin qəbulu zamanı təxminən 1000 dini lider və ölkənin Baş naziri Həsən Axund iştirak edib.
Türkan İsgəndərli