“Ditva” qasırğası 643 nəfərin ölümünə səbəb oldu

“Ditva” qasırğası 643 nəfərin ölümünə səbəb oldu
14.12.2025 11:42 Dünya

Son bir neçə həftə ərzində Şri-Lankada təsirli olan “Ditva” qasırğası nəticəsində azı 643 nəfər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi noyabrın sonunda açıqlama yayıb.

Bildirilib ki, pis hava şəraiti ilə əlaqədar ölənlərin sayı 643-ə çatıb.

İlkin məlumatlara əsasən, daha 184 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edilib ki, “Ditva” tropik siklonu ölkədə genişmiqyaslı subasma və dağıntılara səbəb olub. Şri-Lankanın bütün 25 vilayəti qasırğadan zərər çəkib və ümumilikdə 1 milyon 364 min 481 nəfər hadisədən təsirlənib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər