"CNN": ABŞ və İsrail İranın raket bazalarına zərbələr endirib
ABŞ və İsrail İranın çoxsaylı silah obyektlərini, o cümlədən raket qurğularını zərərsizləşdirməyə çalışıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıbş
Məlumata əsasən, əsas hədəflər dağlarda yerləşən yeraltı bazaların girişləri olub. Araşdırma zamanı 32 raket bazasının peyk görüntüləri təhlil edilib və onların hamısının hava hücumlarına məruz qaldığı müəyyən olunub.
Təhlil edilən 107 tunel girişinin ən azı 77 faizinin bombalandığı, həmçinin bazalarda azı 15 raket buraxılış qurğusunun məhv edildiyi bildirilib.
Türkan İsgəndərli