Çin Ay proqramı üçün superağır raket buraxmağa hazırlaşır
Dünya
16.12.2025 11:31
Çin 2026-cı ildə ölkənin Ay üzrə pilotlu kosmik proqramı çərçivəsində istifadə olunacaq “Long March 10” adlı superağır raketin buraxılışını planlaşdırır.
TodayPress TV xəbər verir ki, “SpaceNews” nəşri bu barədə Çin Raket Texnikası Tədqiqat İnstitutunun açıqlamasına istinadla məlumat yayıb.
Bildirilir ki, “Long March 10” raketi iki variantda təqdim olunur.
Əsas variant üçpilləli daşıyıcıdır və Ay üzrə pilotlu uçuşlar üçün nəzərdə tutulmuş Mengzhou kosmik gəmisi və Ay eniş modulunun buraxılışında istifadə ediləcək. “Long March 10A” variantı isə qismən təkrar istifadə edilə bilən iki pilləli daşıyıcıdır və Mengzhou gəmisinin Tiangong orbital stansiyasına yaxın Yer orbitinə çıxarılması üçün nəzərdə tutulub.
Qeyd olunur ki, bu layihə Çinin Ayın tədqiqi və pilotlu kosmik missiyalar sahəsində ambisiyalarının genişlənməsinin növbəti mərhələsi hesab olunur.
Qiymət Mahir
tag: Çin,Ay,Proqram,Raket,Todaypress.tv,
