Britaniya Hörmüzə mütəxəssis qrupu göndərdi
Dünya
19.03.2026 15:06
Böyük Britaniya Hörmüz boğazının açılmasını təmin etmək üçün ABŞ ilə əlaqələndirmə aparmaq məqsədilə Yaxın Şərqə hərbi mütəxəssislər göndərib.
TodayPress TV "Skynews"a istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Heli mütəxəssislərin artıq ABŞ Mərkəzi Komandanlığında (CENTCOM) fəaliyyət göstərdiyini və orada Amerika tərəfi ilə birlikdə gəmiçiliyin bərpası üçün mümkün variantları araşdırdıqlarını bildirib.
Eyni zamanda Con Heli Fransa, Almaniya, İtaliya və Polşadan olan həmkarları ilə boğaz ətrafındakı vəziyyəti müzakirə edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəniz təhlükəsizliyini təmin etmək məqsədilə Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya da daxil olmaqla bir neçə ölkəni bölgəyə gəmilər göndərməyə çağırmışdı. Lakin Böyük Britaniyanın baş naziri Kir Starmer boğaza Britaniya hərbi gəmilərinin göndərilməsi ideyasını dəstəkləmədiyini bildirmişdi.
Jalə Rövşən
tag: Böyük Britaniya ,Kir Starmer ,Hörmüz ,Donald Tramp ,Todaypress.tv,
