Alimlər 390 milyon illik sirri açdı

Alimlər 390 milyon illik sirri açdı
29.08.2025 18:30 Dünya

Təxminən 390 milyon il əvvəl okeanların dərinliklərində mühüm təkamül sıçrayışı baş verib — suyun davamlı şəkildə oksigenlə zənginləşməsi dəniz canlılarına əvvəllər əlçatmaz dərinliklərə enməyə imkan yaradıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunmuş yeni tədqiqatda bildirilir.

Alimlərin qənaətinə görə, bu proses qədim meşələrin yayılması ilə bağlı olub. Həmin meşələrin kökləri və biokütləsi qlobal okeanın həyati əhəmiyyətli qazla zənginləşməsinə şərait yaradıb.

Tədqiqatçılar müxtəlif bölgələrdən götürülmüş çöküntü süxurlarını təhlil edərək, selen izotoplarının paylanmasını araşdırıblar. Selenin müxtəlif formalarının nisbəti mühitdəki oksigen səviyyəsindən asılı olduğundan, nəticələr okeanların qədim dövrlərdə oksigenləşməsinin dəqiq mənzərəsini ortaya qoyub.

Nəticələr göstərir ki, okean dərinlikləri tarixdə iki əsas oksigenləşmə mərhələsi keçib: birincisi təxminən 540 milyon il əvvəl — kambri dövründə, ikincisi isə 393–382 milyon il əvvəl baş verib və indiyədək davam edir.

Mütəxəssislər bildirirlər ki, bu oksigen artımı çənə­yaradıcı balıqların — müasir onurğalıların əksəriyyətinin əcdadlarının sürətli inkişafı ilə üst-üstə düşüb. Məhz həmin dövrdə balıqlar çənə qazanaraq sualtı aləmdə hakim mövqeyə yüksəliblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Bütün Xəbərlər