Aİ sözçüsü: "İsrail və Livan danışıqlara başlamalıdır"

Aİ sözçüsü: "İsrail və Livan danışıqlara başlamalıdır"
17.03.2026 21:30 Dünya

Avropa İttifaqı (Aİ) Livandakı vəziyyətdən narahatdır və Livan rəhbərliyinin İsrail ilə birbaşa danışıqlar çağırışını alqışlayır. 

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü Ənvər əl-Anuni Brüsseldə keçirilən brifinqdə bildirib. 

"Livan hakimiyyətinin İsrail ilə birbaşa dialoq çağırışını alqışlayırıq. İsrail və Livanın danışıqlar masasına qayıtması və atəşkəs razılaşması vəziyyətin həlli üçün əsasdır”, - deyə o qeyd edib. 

Sözçü vurğulayıb ki, Aİ Livandakı vəziyyətdən son dərəcə narahatdır. O, mülki və tibbi infrastrukturun, eləcə də BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin hədəfə alındığını xatırladaraq bildirib ki, bu hücumlar əsassızdır və dərhal dayandırılmalıdır. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər