Aİ Gürcüstana xəbərdarlıq etdi: “Avropa yoluna qayıdın”
Dünya
05.11.2025 16:18
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski deyib ki, Avropa Komissiyasının hazırladığı son hesabat Gürcüstan üçün “ayıldıcı siqnal” olmalıdır.
TodayPress TV xəbər verir ki, bu barədə "Sova" nəşri məlumat yayıb.
O bildirib ki, ölkə əvvəllər Aİ-yə üzv olmaq üçün vacib olan prinsiplərə əməl edirdi, amma son vaxtlar bu sahədə ciddi geriləmə baş verib.
Gerçinski Gürcüstana namizəd statusu verildiyi günü “karyerasının ən xoşbəxt anı” adlandırıb, lakin bu gündən sonra ölkədə demokratiya və insan haqları ilə bağlı vəziyyətin pisləşdiyini vurğulayıb.
“Ümid edirəm ki, Gürcüstan Aİ-yə inteqrasiya yoluna geri dönəcək”, – səfir deyib.
Avropa Komissiyasının 4 noyabr tarixli hesabatında da qeyd olunur ki, Gürcüstan “yalnız adı namizəd ölkə”dir, çünki demokratiyadan uzaqlaşıb. Aİ-nin genişlənmə komissarı Marta Kos isə bildirib ki, Brüssel Gürcüstan hökumətinə təsir etmək üçün yeni viza məhdudiyyətləri tətbiq edə bilər.
Son vaxtlar Gürcüstanda bəzi siyasətçilər ölkənin Konstitusiyasından “Aİ və NATO-ya üzvlük” bəndini çıxarmağı təklif ediblər.
Qiymət Mahir
tag: Avropa Komissiyası,Aİ,Pavel Gerçinski,Gürcüstan,Todaypress.tv,
