Ağ Evin növbəti hədəfi bəlli oldu! - "Ya dəyişəcəksiniz, ya da..."
ABŞ Kubada çox mühüm dəyişikliklərə nail olmağa çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşün yekununa dair keçirilən mətbuat konfransında bildirib.
"Reallıq ondan ibarətdir ki, mühüm dəyişikliklər həyata keçirməsələr, Kubada vəziyyət düzəlməyəcək. ABŞ-yə təhdid yarandığı təqdirdə Prezidentin (ABŞ Prezidenti Donald Tramp) onu aradan qaldırmaq üçün səlahiyyətləri və öhdəlikləri var", - deyə o qeyd edib.
Rubio həmçinin vurğulayıb ki, onlar bu cür məsələləri danışıqlar yolu ilə, siyasi üsullarla, ölkədə hərbi güc tətbiqini nəzərdə tutmayan mühüm dəyişikliklər hesabına tərəqqiyə nail olunacaq şəkildə həll etməyə üstünlük verirlər.
Aysel Mətləb