ABŞ və İran arasında gizli memorandum: Nüvə razılaşması ilə bağlı hansı qərar verildi?

ABŞ və İran arasında gizli memorandum: Nüvə razılaşması ilə bağlı hansı qərar verildi?
12.06.2026 08:32 Dünya

ABŞ və İran arasında hazırlanmış qarşılıqlı anlaşma memorandumu Tehranın nüvə proqramı ilə bağlı konkret həll yollarını ehtiva etmir.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri adı açıqlanmayan diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, sənəd nüvə proqramı və dondurulmuş İran aktivləri ilə bağlı danışıqların davam etdirilməsi üçün mexanizmləri müəyyənləşdirir, lakin konkret razılaşmaları əks etdirmir.

Məlumata görə, memorandumda Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı müddətlər də yer ala bilər. ABŞ-nin isə bu proses tam başa çatana qədər İranın dəniz blokadasını saxlamaq niyyətində olduğu bildirilir.

Diplomat qeyd edib ki, sənədin əsas parametrləri bir neçə həftə əvvəl tərəflər arasında razılaşdırılıb. Bununla belə, danışıqların uğurla yekunlaşacağına zəmanət yoxdur. Onun qiymətləndirməsinə görə, razılaşmanın baş tutma ehtimalı 50 faizdir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqton və Tehranın razılığa gəldiyini bəyan etsə də, İran tərəfi bu iddianı təkzib edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər