ABŞ Putinə dəvət göndərdi, cavab gözləyir

ABŞ Putinə dəvət göndərdi, cavab gözləyir
23.09.2026 19:25 Dünya

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putini Mayami yaxınlığında (Florida ştatı) keçiriləcək G20 sammitinə dəvət edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşün yekununda bildirib.

"Biz Prezident Putini dəvət etmişik. Ümid edirik ki, o, dəvəti qəbul edəcək", - deyə Rubio mətbuat konfransında bildirib.

Qeyd edək ki, onunla Rusiya XİN rəhbəri arasında danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilir.

Xatırladaq ki, G20 sammiti dekabrın 14-15-də Mayami ətrafındakı Doral şəhərində keçiriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər