ABŞ-nin İranla müharibə xərcləri trilyon dolları keçə bilər
Döyüşlər uzanarsa, ABŞ-nin İrana qarşı hazırkı hərbi kampaniyasının dəyəri 1 trilyon dollara çata bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Intercept" ekspertlərin hesablamalarına və hərbi xərclərə istinadən məlumat yayıb.
Məlumata görə, təkcə əməliyyatın ilk iki həftəsində büdcə xərcləri artıq 12 milyard dollara çatıb və bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett də təsdiqləyib.
Nəşr izah edib ki, trilyon dollarlıq rəqəm əməliyyatın uzunmüddətli mərhələyə qədəm qoyacağı və təkcə intensiv raket zərbələri deyil, həm də potensial yerüstü müdaxilə və sonradan regionun sabitləşdirilməsini tələb edəcəyi proqnozlarına əsaslanır.
Aysel Mətləb