ABŞ NATO-dan çıxarsa, Kiyevə yol açıla bilər — Açıqlama

ABŞ NATO-dan çıxarsa, Kiyevə yol açıla bilər — Açıqlama
04.04.2026 12:00 Dünya

ABŞ-nin NATO-dan çıxması ehtimalı alyansın yenidən formalaşmasına və Ukraynanın üzvlüyünə yol aça bilər.

TodayPress TV "Politico" ya istinadən xəbər verir ki, bunu Ukraynanın NATO yanında səfiri Alena Hetmançuk deyib.

O bildirib ki, mövcud gərginlik alyansın yenidən dirçəlməsinə səbəb ola bilər. 

Hetmançukun sözlərinə görə, NATO-nun dağılmasından danışmaq əvəzinə, təşkilatın yenidən düşünülməsi və transformasiyası müzakirə edilməlidir:

"Nə qədər paradoksal səslənsə də, ABŞ-dən gələn təhdidlər fonunda yaranan problemlər Ukraynanın inteqrasiyası üçün daha çox imkanlar yarada bilər. Bu isə NATO-nun Rusiya təhdidinə qarşı daha effektiv olmasına şərait yaradar".

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər