ABŞ İsraildə yerləşən mülki-hərbi koordinasiya mərkəzini bağlayacaq
ABŞ İsraildə atəşkəsə nəzarət etməli olan mülki-hərbi koordinasiya mərkəzini bağlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, mərkəz İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəsin qorunmasını təmin etməli idi və eyni zamanda Qəzzaya humanitar yardımın çatdırılmasını koordinasiya etməsi nəzərdə tutulurdu.
Bildirilir ki, qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq nizamlanması ilə bağlı planının dalana dirənməsi ilə əlaqədardır.