Zəfər Günü münasibəti ilə 30 mindən çox ağac əkildi
Cəmiyyət
08.11.2025 17:04
Zəfər Günü ilə əlaqədar meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib.
TodayPress TV xəbər verir ki, Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib.
Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin üzvlərinin, dövlət qurumlarının və özəl təşkilatların əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Lerik, Masallı, Tovuz, Gədəbəy, Goranboy, Sabirabad, Yevlax, Beyləqan, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 30 000-dən artıq müxtəlif cinsli ağac tingi əkilib.
tag: Zəfər Günü,Meşə fondu torpaqları,Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Ağacəkmə ,Todaypress.tv,
