ETSN Zəfər Günündə ağacəkmə aksiyası keçirdi

Cəmiyyət

08.11.2025 09:45

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) müxtəlif tədbirlər təşkil edib.

TodayPress TV Nazirliyin mətbuat xidmətinin məlumatına görə, rəsmilərin və əməkdaşların iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Daha sonra ETSN-də Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvlərinin qatıldığı tədbir təşkil olunub. İştirakçılar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himni səsləndirilib.

Tədbirdə vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər tariximizin ən şanlı səhifələrindən biridir və xalqımız üçün qürur mənbəyidir. Qeyd olunub ki, bu böyük qələbə ordumuzun rəşadəti və xalqın birliyi sayəsində mümkün olub.

TodayPress TV

tag: ETSN,Zəfər Günü ,Ağacəkmə ,Aksiya,Todaypress.tv,

photo
photo
photo