Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək
Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.
Qeyd olunan tarixdən sonrakı səfər planlarınız üçün yeni qrafiki nəzərə almağınızı tövsiyə edirik.