Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəldi

Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəldi
12.10.2025 17:15 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Şarm əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşıladılar.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər