Bayden dövründə baş verən hadisələr araşdırılır: Ağ Evdən kokain tapıldı, məlumatlar sızdırıldı

Bayden dövründə baş verən hadisələr araşdırılır: Ağ Evdən kokain tapıldı, məlumatlar sızdırıldı
27.05.2025 11:14 Dünya

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Cozef Bayden administrasiyası dövründə baş verən iki yüksək profilli hadisə üzrə istintaqı gücləndirməyə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə FBI-ın direktor müavini Den Bonjino sosial şəbəkə platforması "X"də məlumat verib.

Söhbət 2023-cü ildə Ağ Evdə kokain tapılması və Ali Məhkəmənin abort hüquqlarını ləğv edən Dobbs Cekson işi üzrə qətnamə layihəsinin 2022-ci ildə mətbuata sızdırılması hadisələrindən gedir.

Mühafizəkarlar hər iki hadisəyə sərt reaksiya veriblər. Həmin dövrdə “MAGA” tərəfdarı podkast aparıcısı olan Bonjino 2023-cü ildə Ağ Evdə aşkar edilən kokainlə bağlı suallar qaldırmışdı.

Bonjino əlavə edib ki, FBI həmçinin 6 yanvar hadisələrindən bir gün öncə Demokrat və Respublikaçı partiyalarının Vaşinqtondakı baş qərargahları yaxınlığında yerləşdirilmiş, lakin partlamamış boru tipli bombalarla bağlı istintaqı da yenidən canlandırıb.

Bonjino bildirib ki, andiçmədən dərhal sonra o və FBI direktoru Kaş Patel ictimai korrupsiya ilə bağlı bir sıra diqqətçəkən işləri nəzərdən keçirərək onların istintaqına əlavə resurslar ayırmaq və ya yenidən açmaq qərarı veriblər.

2023-cü ilin iyul ayında Ağ Evdə aşkar edilən kokainlə bağlı ABŞ Gizli Xidməti istintaqı sübut çatışmazlığı səbəbindən dayandırmışdı. Maddə Qərb İcraçı prospektinin girişindəki lobbi sahəsində tapılmışdı.

2023-cü ilin yanvarında Ali Məhkəmə sızdırılmış sənədin kim tərəfindən mətbuata ötürüldüyünü müəyyən edə bilmədiyini açıqlamışdı. Həmin vaxt Donald Tramp məsul jurnalistlərin həbsini tələb etmişdi.

2024-cü ilin yanvarında FBI partlamamış boru bombaları ilə bağlı yeni görüntülər və əlavə məlumatlar yaymışdı. Lakin 600-dən çox ipucu və 1,000-dən artıq müsahibəyə baxmayaraq hadisə hələ də açılmayıb.

Bonjino bildirib ki, “irəliləyiş var” və ictimaiyyəti bu işlərlə bağlı məlumatı olan şəxsləri FBI ilə əlaqə saxlamağa çağırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
03 IYUN 2026
Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Bütün Xəbərlər