Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir

Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir
03.06.2026 16:48 UEFA

“Turan Tovuz” UEFA-nın Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı qərarından şikayət vermək hüququna malikdir.

TodayPress TV xəbər verir ki, klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Məlumata görə, CAS yekun qərarını açıqlayana qədər Azərbaycan çempionatını üçüncü pillədə başa vuraraq idman prinsipləri əsasında UEFA Konfrans Liqasına vəsiqə qazanan “Turan Tovuz”un avrokuboklar üçün nəzərdə tutulan yeri qorunub saxlanılacaq.

Bu səbəbdən klubun 2026/2027-ci illər mövsümündə avrokuboklarda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar hələ verilməyib.

Qeyd edək ki, növbəti addımlar yalnız CAS-ın qərarından sonra müəyyənləşəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər