"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq

"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq
16.06.2026 10:15 UEFA

"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

TodayPress TV xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər