Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb...

Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb...
03.08.2026 21:39 Cəmiyyət

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

TodayPress TV xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub.

Belə ki, o, öz istəyi və ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər