Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı
Ukrayna ilə birgə "Patriot" istehsalına dair uzunmüddətli saziş növbəti qışa qədər reallaşmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker "Fox Business" telekanalına müsahibəsində danışıb.
"Aydındır ki, indi ən vacibi Ukraynanın daha bir qışı keçirə bilməsi üçün ehtiyacı olan HHM vasitələrini mümkün qədər tez ona təhvil verməkdir. İstehsala dair uzunmüddətli saziş bu qışa qədər reallaşmayacaq, ona görə də biz bunun üzərində işləməyə davam edəcəyik. Lakin ilk növbədə birinci dərəcəli tapşırıqları həll etmək lazımdır", - deyə Uitaker bildirib.
Aysel Mətləb