SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü”

SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü”
03.08.2026 22:55 Dünya

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın Kulevi limanında yerləşən “Black Sea Petroleum” (BSP) neft emalı zavoduna Qazaxıstan, gələcəkdə isə Türkmənistan neftinin tədarükünü təmin edəcək.

TodayPress TV xəbər verir ki, BSP-nin yaydığı məlumata görə, bu addım zavodun xammal bazasının şaxələndirilməsi çərçivəsində həyata keçiriləcək.

Qeyd olunur ki, SOCAR zavoda öz hasil etdiyi nefti tədarük etməyi planlaşdırmır.

Hazırda Gürcüstanın yeganə neft emalı müəssisəsi olan Kulevi zavodunun illik emal gücü 1,2 milyon ton təşkil edir. Xammal tədarükünün sabit olması halında müəssisə gələcəkdə istehsal gücünü 4,5 milyon tona çatdırmağı planlaşdırır.

Daha əvvəl “Bloomberg” Kulevi zavodunun Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsindən sonra tamamilə Rusiya mənşəli olmayan neftin emalına keçməyi planlaşdırdığını yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər