Azərbaycan ŞƏT-də yaradılan vahid statusda yer aldı: - Əhəmiyyəti nədir?

Azərbaycan ŞƏT-də yaradılan vahid statusda yer aldı: - Əhəmiyyəti nədir?
01.09.2025 16:58 Təhlil

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son toplantısında “ŞƏT tərəfdaşı” adlı vahid status yaradılıb. Azərbaycan da bu statusu əldə edən ölkələr sırasına daxil olub.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu qərar ölkəmiz üçün sadəcə diplomatik addım deyil, eyni zamanda strateji əhəmiyyət daşıyan hadisədir.

Onun sözlərinə görə, Azərbaycan bu statusla təhlükəsizlik sahəsində terrorizmə, separatizmə və beynəlxalq cinayətkarlığa qarşı mübarizədə daha geniş əməkdaşlıq imkanı qazanacaq.

"İqtisadi planda isə ticarət, enerji və nəqliyyat dəhlizlərində yeni layihələrin reallaşması, sərmayə axınının artması gözlənilir. Azərbaycanın tranzit imkanlarının genişlənməsi də xüsusi önəm daşıyır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün ŞƏT çərçivəsində əməkdaşlıq nəqliyyat-logistika potensialından maksimum istifadə imkanı yaradacaq".

Deputat onu da bildirib ki, diplomatik baxımdan Çin, Rusiya, Hindistan kimi böyük dövlətlərlə əməkdaşlığın dərinləşməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artması və regional lider mövqelərinin möhkəmlənməsi gözlənilir.

"Bütövlükdə, Azərbaycanın ŞƏT-də “tərəfdaş” statusu qazanması ölkəmizin siyasi nüfuzunu artırmaqla yanaşı, iqtisadi inkişafına və yeni investisiyaların cəlbinə mühüm töhfə verəcək. Bu qərar gələcəkdə Azərbaycanın təşkilatda “müşahidəçi” və hətta “tam üzv” statusuna doğru irəliləməsi üçün də strateji zəmin hesab edilir", - deyə Aydın Hüseynov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
03 IYUN 2026
Naxçıvana hücum edildi - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Bütün Xəbərlər