Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Botsvana bayrağı altında üzən M/T “Lexie” tankerinə zərbə endirib. Gəminin ABŞ blokadasını yararaq İranın Xark adasına doğru hərəkət etməyə çalışdığı bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, gəmi heyəti dəfələrlə verilən xəbərdarlıqlara məhəl qoymayıb və ABŞ qüvvələrinin göstərişlərini yerinə yetirməyib.
Nəticədə ABŞ təyyarəsi gəminin mühərrik hissəsinə raket zərbəsi endirərək tankeri hərəkətsiz vəziyyətə salıb.
İran blokadası başladıqdan sonra ABŞ qüvvələrinin artıq 6 gəmini sıradan çıxardığı və davam edən atəşkəs çərçivəsində 122 gəminin istiqamətini dəyişdirdiyi bildirilir.