Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO
Ukraynanın Donetsk vilayətində pilotsuz uçuş aparatının sərnişin avtobusuna hücumu nəticəsində 7 nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, qondarma "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilinin sözlərinə görə, hadisə Yenakiyevo şəhərində baş verib. Moskva–Simferopol marşrutu üzrə hərəkət edən reys avtobusu PUA zərbəsinə məruz qalıb.
Məlumata görə, hücum nəticəsində daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, zərər görən sərnişin avtobusu region ərazisindən tranzit keçid həyata keçirirmiş.