Millimiz Avropa çempionatında finalın astanasında
Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, yığmamız finala gedən yolda Serbiya millisi ilə qarşılaşacaq.
“Tipos Arena” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinal mərhələsinin digər qarşılaşmasında isə Macarıstan və Ukrayna yığmaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Avstriyanı 1:0, İtaliyanı 3:0 və Fransanı 3:2 hesabı ilə məğlub edib. Pley-offda isə əvvəlcə Qazaxıstan üzərində 3:2 hesablı qələbə qazanan komandamız daha sonra Çexiyanı 5:2 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.
Namiq HUN