Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA
Qərbdəki qonşularımız bu dəfə də öz nənə-babalarının izini Stavropol diyarının Esentuki şəhərində tapıblar. Gerisini artıq şimal qonşumuz düşünsün. Çünki bu templə getsə, 100 ildən sonra "buralar bizim tarixi torpaqlarımızdır" iddiasını eşitsək, təəccüblənməyəcəyik. O vaxt da buyurun, sübut edin ki, deyil.
Bizim isə təklif sadədir: bəlkə elə hamısını ora köçürək, "böyük Ermənistan"ı da orada qursunlar? Hamının canı qurtarsın. Bizim də, onların da.
Bir prinsip də var: bizimlə sərhədi olmayan Ermənistanın istənilən variantını dəstəkləməyə hazırıq.