"Putin küncə sıxılıb..." - NATO-nun Şərq cinahına QORXULU XƏBƏRDARLIQ
Daimi münaqişə və aqressiyadan qidalanan Kreml rejimi daxili infrastrukturunu Ukraynanın uzaqmənzilli zərbələrindən qoruya bilmədiyi üçün diqqəti xarici cəbhəyə yönəltməyə çalışır.
TodayPress TV xəbər verir ki, Litvanın hərbi və müdafiə strukturlarının açıqladığı son məlumatlara əsasən, Rusiya ordusu Ukraynada zəifləsə də, Moskva NATO-nun dözümlülük həddini yoxlamaq niyyətindədir.
Məlumata görə, Polşa və Baltik ölkələrinə qarşı asimmetrik və hibrid təhdidlər artıb. Buna görə də, demokratik alyansın qarşısında Rusiyanın imperiya iddialarını birdəfəlik qırmaq üçün Ukraynaya sarsıdıcı qələbə qazanmaqda tam dəstək vermək vəzifəsi dayanır.
Jalə Rövşən