“Real” müdafiəni gücləndirdi: Dumfris gəlir
“Real Madrid” klubu “Inter”in və Niderland millisinin müdafiəçisi Denzel Dumfris ilə müqavilə imzalanmasını yekunlaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, tərəflər transferin bütün detallarını razılaşdırıblar. Madrid təmsilçisi 30 yaşlı futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. Dumfris də “Real Madrid”ə keçidə razılıq verib.
Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Dumfris son mövsüm bütün turnirlərdə 28 oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalında müdafiəçinin bazar dəyəri 25 milyon avro qiymətləndirilir.
Namiq HUN