SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü
Moskva–Simferopol marşrutu üzrə hərəkət edən sərnişin avtobusu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə qondarma "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 7 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb. Hadisə ilə bağlı əlavə araşdırma aparılır.