Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi

Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi
03.06.2026 08:38 Dünya

Rusiyada yaşayan ermənilərin Ermənistana gedərək Baş nazir Nikol Paşinyan əleyhinə səs vermələri üçün kampaniya başladıldığı iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə "RusenPress" məlumat yayıb.

Məlumata görə, Rusiyada yaşayan ermənilər Ermənistana gedərək seçkilərdə iştirak etməyə təşviq olunurlar.

İddialara əsasən, Rusiyadan təxminən 100 min erməninin İrəvan şəhərinə gələrək səs verməsi gözlənilir. Bildirilir ki, yol xərcləri və digər məsrəflər rusiyalı iş adamları tərəfindən qarşılanacaq.


Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər