Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin hərbi kəşfiyyat rəhbəri Kiril Budanova müharibənin aktiv mərhələsini qışa qədər başa çatdırmaq istiqamətində tapşırıq verdiyi iddia edilir.
Todaypress TV xəbər verir ki, bu barədə "UNITED24 Media"Prezident Administrasiyasına yaxın mənbələrinə istinadla məlumat yayıb.
Zelenski kəşfiyyat əməliyyatlarının gücləndirilməsini və soyuq mövsüm başlamazdan əvvəl genişmiqyaslı döyüş əməliyyatlarının dayandırılması üçün şərait yaradılmasını tələb edib.
Bildirilir ki, tapşırığın detalları açıqlanmasa da, Ukrayna rəhbərliyi yaxın aylarda həm cəbhə xəttində, həm də arxa cəbhədə fəaliyyətini daha da intensivləşdirməyi planlaşdırır.
Bu məlumatlarla paralel olaraq, Rusiyada yeni hərbi səfərbərlik ehtimalı ilə bağlı iddialar da gündəmə gəlib. Xəbərlərə görə, Andrey Gurulyov payız aylarında yeni səfərbərlik dalğasının elan oluna biləcəyini bildirib.
İddialara əsasən, yeni səfərbərliyin məqsədi Rusiya ordusunun canlı qüvvə ehtiyatlarını artırmaq və Ukraynadakı hərbi əməliyyatları davam etdirməkdir.
Qeyd edək ki, həm Zelenskinin Budanova verdiyi iddia olunan tapşırıq, həm də Rusiyada yeni səfərbərlik hazırlığı ilə bağlı məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Türkan İsgəndərli