DİM sədri: “Qarabağ Universiteti Qafqazın ən nüfuzlu təhsil ocağı olacaq”

DİM sədri: “Qarabağ Universiteti Qafqazın ən nüfuzlu təhsil ocağı olacaq”
23.05.2025 11:19 Elm və Təhsil

“Qarabağ Universiteti növbəti 5 ildə Qafqazın ən böyük və nüfuzlu təhsil ocağı olacaq”. 

TodayPress TV xəbər verir ki, mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. 

Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən M.Abbaszadə, 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. 

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər