"Şeytan" dinə gəlib? Tramp dövründə Xristianlıq kimə xidmət edir?

"Şeytan" dinə gəlib? Tramp dövründə Xristianlıq kimə xidmət edir?
15.04.2026 17:06 Təhlil

Son illərin ən maraqlı paradokslarından biri budur: “PRRI” nin 2025-ci il Amerika Dəyərləri Atlası və 5000 nəfərlik geniş sorğusu göstərir ki, respublikaçıların 53%-i “xristian millətçiliyi” terminini açıq şəkildə müsbət qiymətləndirir. Ağdərili evangelist protestantların 54%-i, hətta 2024-cü il seçkilərində Trampı dəstəkləyən ispan protestantlarının da əhəmiyyətli hissəsi bu termini qəbul edir. Ümumilikdə isə respublikaçıların əksəriyyəti və evangelistlərin üçdə ikisi ABŞ-ni “Tanrının vəd edilmiş torpağı” kimi görür.    

Lakin eyni zamanda bir çox müşahidəçi – o cümlədən bəzi xristian teoloqlar və sadə inanclılar  Donald Trampı dəccal obrazına bənzədir. Onun ritorikası, şəxsi həyatı, “böyük əvəzetmə” nəzəriyyəsini qızışdırması və siyasi rəqiblərini “düşmən” kimi damğalaması Müqəddəs Kitabda təsvir edilən “yalan danışan, özünü ucaldan, nifrət toxuyan” dəccal obrazını xatırladır. Bəs bu iki reallıq necə yanaşı mövcud ola bilər? 

Xristian millətçiliyi dalğası Trampı “dəccal” kimi görən bir mühitdə necə “xristian” kimliyi formalaşdırır?

Xristian millətçiliyinin tarixi kökləri 400 il əvvəlki tarixə dayanır. 

Bu ideologiya yeni deyil. Onun kökləri 17-ci əsrə, Avropadan gələn xristianların, xüsusilə, puritenlərin Amerikada məskunlaşdığı dövrə gedib çıxır. 1630-cu ildə Massaçusets Körfəzi koloniyasının qubernatoru Con Uinthrop “Xristian xeyriyyəçiliyi modeli” adlı məşhur çıxışında belə demişdi: “Biz təpə üzərində bir şəhər olacağıq. Bütün xalqların gözü bizə dikiləcək.” Bu ifadə Müqəddəs Kitabdan (Matta 5:14) götürülmüşdü və Amerikanı “yeni İsrail”, “vəd edilmiş torpaq” kimi təsvir edirdi. Puritenlər özlərini Tanrının seçilmiş xalqı hesab edir və koloniyanı dini qaydalar əsasında qurmağa çalışırdılar.

19-cu əsrdə bu ideya “Manifest Destiny” (Qaçılmaz müqəddərat) konsepsiyasına çevrildi. Amerikalı protestant missionerlər və siyasətçilər qitənin qərbə doğru genişlənməsini “Tanrının iradəsi” kimi təqdim edirdilər. Bu, təkcə torpaq genişlənməsi deyil, həm də “xristian mədəniyyətinin” yayılması kimi əsaslandırılırdı.

20-ci əsrdə xristian millətçiliyi yeni formalar aldı. 1930–40-cı illərdə antisemit, anti-kommunist və ağdərili üstünlüyü ideyalarını təbliğ edən fiqurlar “Xristian millətçiliyi”ni açıq şəkildə siyasi ideologiyaya çevirdilər.

Soyuq Müharibə dövründə, 1950-ci illərdə kommunizmə qarşı mübarizə fonunda “Tanrıya inam” dövlət simvollarında gücləndirildi: 1954-cü ildə “under God” ifadəsi əlavə olundu, 1956-cı ildə isə “In God We Trust” milli deviz kimi qəbul edildi.

1960–70-ci illərdə isə mədəni dəyişikliklərə cavab olaraq “Xristian Sağ” hərəkatı formalaşdı. 1979-cu ildə Jerry Falwell tərəfindən yaradılan “Moral Majority” təşkilatı evangelistləri Respublikaçılar Partiyası ilə daha sıx bağladı və Ronald Reyqanın 1980-ci il qələbəsində mühüm rol oynadı.

Sosioloqlar bu prosesi “ağ xristian millətçiliyi” kimi təsvir edirlər: din və etnik identitetin qarışığı, “biz və onlar” qarşıdurması. Bu yanaşma çox vaxt “Amerikanı xristianlaşdırmaq” şüarı altında güclü liderlərə və qorxu siyasətinə söykənib.

Tarix boyu xristian millətçiləri “qüsurlu” liderləri Tanrının aləti kimi qəbul ediblər.  Müqəddəs Kitab Tövratda  Kir  padşahı buna klassik nümunədir. O, bütpərəst olsa da, yəhudilərin azad olunmasına imkan yaratmışdı. Bu gün də bəzi pastorlar Trampı “Amerikanın Kir padşahı” adlandırırlar. Onların fikrincə, o, şəxsi həyatına görə nümunəvi olmasa da, “woke mədəniyyəti”, abort və “xristian dəyərlərinə” təhdid sayılan qüvvələrə qarşı mübarizə aparır.

Sorğular göstərir ki, bu anlayışa müsbət münasibət çox vaxt immiqrantlara qarşı mənfi stereotiplərlə və demokratik institutlara inamsızlıqla əlaqəlidir. Tarix göstərir ki, xristian millətçiliyi əksər hallarda “əxlaqi saflıq”dan çox “güc” axtarıb.

Nəticədə respublikaçılar xristian millətçisi ola bilirlər, çünki burada “xristianlıq” artıq klassik teoloji məzmundan çox milli identitetə çevrilib. Tramp “dəccal” kimi görünsə belə, o, bu identiteti qoruyan “güclü lider” kimi qəbul olunur.

Bu paradoks Amerika demokratiyasının gələcəyi üçün ciddi suallar yaradır: din siyasəti idarə edir, yoxsa siyasət dini maşa kimi istifadə edir? Tarix göstərir ki, çox vaxt ikinci hal baş verir. Və nəticə “xristianlıq”dan çox, millətçi xarakter alıb.

Bəs bu dəfə fərqli olacaq, yoxsa “xristian millətçiliyi” yeni formada köhnə güc oyunudur?

Jalə Rövşən

XƏBƏR LENTİ
04 IYUN 2026
"Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Bütün Xəbərlər