Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb
Moskva və Bakı arasındakı münasibətlər normal, müsbət ritminə qayıdıb və onların böyük perspektivləri var.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.
"Onların bir çox istiqamətlərdə, hətta bütün sahələrdə çox yaxşı perspektivləri var", - deyə yüksək rütbəli diplomat qeyd edib.
M. Qaluzin iki ölkənin sahibkarları arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün çox geniş spektrin mövcudluğuna diqqət çəkib.
Rusiya XİN başçısının müavini qarşılıqlı fəaliyyət sahələri arasında nəqliyyat, loqistika, sənaye kooperasiyası, nəqliyyat maşınqayırması, qabaqcıl texnologiyalar, təhsil, mədəniyyət və turizmin adını çəkib.
Aysel Mətləb