“Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi!

“Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi!
04.06.2026 17:10 İdman

Marko Yankoviç çıxış etdiyi “Qarabağ” klubundakı gələcəyi ilə bağlı açıqlama verib.

TodayPress TV-nin “QOL.az”a istinadən verdiyi məlumata görə, monteneqrolu yarımmüdafiəçi ölkəsinin “Vijesti.me” portalına müsahibəsində hazırda klubdan ayrılmaqla bağlı konkret planının olmadığını bildirib.

Yankoviç “Qarabağ”la müqaviləsinin davam etdiyini vurğulayıb:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəyəm. Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ildən “Qarabağ”ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər