“Bayquşlar” lider futbolçusunu komandada saxladı!
“Sabah” klubu milli komandanın üzvü Tellur Mütəllimov ilə müqavilənin müddətini uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə yeni 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tellur Mütəllimov 2022-ci ildən “Sabah”ın formasını geyinir. Təcrübəli futbolçu bu müddət ərzində komandanın heyətində 102 rəsmi oyunda meydana çıxıb.
Mütəllimov “bayquşlar”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.
Namiq HUN