Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov
Moskva Ukrayna üzrə danışıqlara hazırdır, lakin qarşı tərəfdə belə bir hazırlıq müşahidə etmir.
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "RT Arabic" telekanalına müsahibəsində bildirib.
"Prezident Vladimir Putinin dəfələrlə dediyi kimi, biz hazırıq, hər zaman danışıqlara hazırıq, lakin qarşı tərəfdə bu hazırlığı görmürük. Və ən əsası, razılığa gələ biləcək tərəfdaşlar görmürük", - deyə Lavrov qeyd edib.
Aysel Mətləb