İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH
"İsrail Livan ərazisindən geri çəkilənə qədər regionda sülh olmayacaq".
TodayPress TV xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.
"Regional müharibədə atəşkəsi qəbul etmək üçün ilkin şərtimiz Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəsin elan edilməsi olub", - deyə bəyanatda vurğulanıb.
Korpus bildirib ki, İsrail Livan xalqına qarşı hücumlarını təcili olaraq dayandırmalı, ölkənin işğal olunmuş ərazilərini boşaldaraq dərhal beynəlxalq sərhədlərin arxasına çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır.
Aysel Mətləb