“Napoli”də bir dövr başa çatdı: Konte getdi!
“Napoli” klubu baş məşqçi Antonio Konte ilə əməkdaşlığın başa çatdığını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Neapol təmsilçisi məlumat yayıb.
Bildirilib ki, tərəflər müqavilə müddəti başa çatmadan qarşılıqlı razılıq əsasında ayrılmaq barədə razılığa gəliblər.
Açıqlamada Konte və onun məşqçilər korpusuna görülən işlərə görə təşəkkür edilib:
““Napoli” FK Antonio Konte və onun məşqçilər heyəti ilə müqavilələrin müddəti başa çatmamış yolların ayrılması barədə razılıq əldə olunduğunu elan edir. Onun rəhbərliyi altında komanda 23 may 2025-ci ildə klub tarixinin dördüncü İtaliya çempionluğunu, 22 dekabrda isə İtaliya Superkubokunu qazanıb.
Məşqçiyə və onun komandasına əla işlərinə görə təşəkkür edirik. Gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Təşəkkürlər, mister!”
Qeyd edək ki, “Napoli” 2025/2026 mövsümünü A Seriyasında ikinci pillədə başa vurub.
Namiq HUN