Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər

Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər
04.06.2026 18:25 Xarici siyasət

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Səmərqənddə İsveçrənin dövlət katibi və Federal Ətraf Mühit İdarəsinin direktoru Katrin Şnebergerlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Səmərqənddə keçirilən 8-ci GEF Assambleyası çərçivəsində İsveçrənin Dövlət katibi və Federal Ətraf Mühit İdarəsinin direktoru xanım Katrin Şnebergerlə məhsuldar müzakirə apardıq", - deyə o yazıb.

"Eco Expo Central Asia 2026 and 8th GEF Assembly"nin Mərkəzi Asiya və İsveçrə Seçki Dairəsinin prioritetləri, o cümlədən GEF tərəfindən dəstəklənən layihələrin icrasındakı irəliləyiş, regional ətraf mühit çağırışlarını və qarşıdan gələn GEF vəsaitlərinin yenidən doldurulması dövrü üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Regional ətraf mühit və iqlim çağırışlarının həllində GEF resurslarının səmərəliliyinin, əlçatanlığının və təsirinin artırılması müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər