Nepalın Baş naziri etiraz aksiyaları fonunda istefa verir

Nepalın Baş naziri etiraz aksiyaları fonunda istefa verir
09.09.2025 13:29 Dünya

Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən genişmiqyaslı etiraz aksiyaları fonunda istefa vermək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə onun köməkçisi Prakaş Silva bildirib.

Oli hökumətinin istefasına səbəb kimi yaranmış siyasi böhranı həll edə bilməmək və etirazçıların təzyiqlərinin artması göstərilir.

Bundan əlavə, ölkənin müxalifəti hesab olunan Milli Demokratik Partiyasının 42 üzvünün parlament və yerli hökumətdəki vəzifələrindən istefa verdiyi bildirilir.

Sentyabrın 9-da Katmandu şəhərində etirazçılar ölkə prezidenti Ram Çandra Paudelin iqamətgahına daxil olaraq onu yandırıblar.

Eyni gündə Katmanduda minlərlə etirazçı parlament binası qarşısında toplaşaraq hökumətin istefasını tələb edib. Aksiya zamanı təkərlər yandırılıb, nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.

Hakimiyyət paytaxtda qeyri-müəyyən müddətli komendant saatı tətbiq edib. Hazırda Nepalın siyasi vəziyyəti kritik olaraq qalır və ölkədə böhran dərinləşməkdədir.

Qeyd edək ki, etirazlara səbəb hökumətin ölkədə sosial şəbəkə və mesencerlərin fəaliyyətinin məhdudlaşdırılmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 Bütün Xəbərlər