Luvr muzeyinin qarəti barədə yeni bədii film çəkiləcək

Luvr muzeyinin qarəti barədə yeni bədii film çəkiləcək
21.05.2026 07:00 Dünya

Luvr muzeyində baş verən səs-küylü qarət hadisəsi yeni bədii filmin əsas mövzusu olacaq. Ekran işinin rejissorluğunu məşhur rejissor Romen Qavras həyata keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.

Film Jan-Mişel Dekuji, Jeremi Fam-Le və Nikolya-Şarl Torrent tərəfindən qələmə alınmış kitab əsasında lentə alınacaq. Həmin əsərdə məxfi sənədlərə və səs-küylü jurnalist araşdırmalarına əsaslanaraq rezonans doğuran bu cinayət hadisəsi təsvir edilir.

Hazırda gələcək kino layihəsi ilə bağlı detallar olduqca məhduddur: aktyor heyəti, filmin işçi adı və ehtimal olunan premyera tarixi hələlik açıqlanmayıb. Buna baxmayaraq, seçilmiş mövzu və rejissor faktoru sayəsində layihə həm tamaşaçılar, həm də kino sənayesi tərəfindən böyük maraqla qarşılanır.

Xatırladaq ki, ötən il oktyabrın 19-da Luvr muzeyindən Napoleon və imperatriça Jozefinaya məxsus zinət əşyaları kolleksiyasından doqquz eksponat oğurlanıb. Cinayətkar qrup özlərini muzey işçisi kimi təqdim edərək binaya daxil olub və soyğunu cəmi yeddi dəqiqə ərzində həyata keçirib.

TodayPress TV 

XƏBƏR LENTİ
03 IYUN 2026
Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Bütün Xəbərlər