Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Macarıstan yığmasına qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Vanja Janković olacaq. Ona yan xətt hakimləri Staša Špur və Helena Buh kömək edəcəklər.
Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Azərbaycan – Macarıstan oyunu iyunun 5-də baş tutacaq.
Qarşılaşma saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu stadionunda start götürəcək.
Namiq HUN